Bu məqaləni vikiləşdirmək lazımdır. |
Periferik sinir sistemi, beyin və onurğa beynindən başqa sinirlər və qanqlidən ibarətdir. Periferik sinir sisteminin əsas vəzifəsi, mərkəzi sinir sistemi ilə orqan və üzvlər arasındaki rabitəni yaratmaqdır. Periferik sinir sistemi somatik və vegetativ olmaqla iki yerə ayrılır.
Somatik skelet əzələlərinin sinirləridir.
Vegetativ və ya avtonom sinir sistemi isə daxili orqanların fəaliyyətini tənzimləyir. Vegetativ sinir sistemi də özlüyündə iki yerə ayrılır, simpatik sinir sistemi və parasimpatik sinir sistemi. Simpatik qanla təchiz olunmanı yaxşılaşdırır, ürəyin işini gücləndirir, arterya damarlarında qan təzyiqini yüksəldir, qanda şəkərin miqdarını artırır. Parasimpatik isə əksinə ürəyi sakitlik vəziyyətinə gətirir, qan təzyiqini aşağı salır, qanda şəkərin miqdarını aşağı salır.
Sinirləri bir növ "telefon kabelinə" bənzədə bilərik, onlar bədəndən aldıqları mesajları beyinə çatdırır. Bədənin içində və ya xaricində meydana gələn və bədəndə müəyyən reaksiyalara səbəb olan olan fiziki, kimyəvi və ya bioloji təsirlərə "xəbərdarlıq" deyilir. Xəbərdarlıqlar bədənimizdə mövcud olan müəyyən hüceyrələr vasitəsilə alınır. Alınan xəbərdarlıqlar, sinirlərlə mərkəzi sinir sisteminə göndərilir. Xəbərdarlıqlar sinir hüceyrələrində kimyəvi və ya elastiki dəyişikliyə yol açır. Xəbərdarlıq mesajı mərkəzi sinir sisteminə çatdırılır. Mesaj üçün çıxan cavab əzələlərə, orqanlara və vəzilərə sinirlər ilə çatdırılır.